logo

Eyni məktəbi bitirən bir ailənin üç üzvü ADPU-nun eyni fakültəsinə qəbul olub

14:54 06-09-2021 | icon 2737
Eyni məktəbi bitirən bir ailənin üç üzvü ADPU-nun eyni fakültəsinə qəbul olub

İsmayıllı rayonunda maraqlı hadisə qeydə alınıb. 

YeniAvropa xəbər verir ki,  rayonun şəhid Sahib Həsənov adına Qubaxəlilli kənd tam orta məktəbin məzunu olan Həsənovlar ailəsinin üç üzvü - iki əkiz qız və onların böyük qardaşı da tələbə adını qazanıblar.

Ailənin böyük övladı Səməndərağa 307, Lalə 401 və Şəlalə isə 471 bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetin(ADPU) Kimya və Biologiya fakültəsinə qəbul olublar.

Qeyd edək ki, bu il keçirilən qəbul imtahanlarında heç bir abituriyent maksimum 700 bal toplamayıb.