logo

Paytaxtda keçmiş məhkumdan avtomat silah aşkarlanıb

12:10 06-09-2021 | icon 1575
Paytaxtda keçmiş məhkumdan avtomat silah aşkarlanıb

Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəllər dəfələrlə məhkum olunmuş Vasif Qəmbərovun üzərində qanunsuz odlu silah-sursat gəzdirməsi barədə polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs qısa zamanda Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində saxlanılıb. Polis idarəsində onun üzərinə baxış keçirilərkən “Kalaşnikov” markalı avtomat silah, bir sandıqça və altı patron aşkarlanaraq götürülüb. Vasif Qəmbərov silah-sursatın ona məxsus olduğunu, bir müddət əvvəl tapmasına baxmayaraq, polis əməkdaşlarına təhvil vermədiyini bildirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsində Vasif Qəmbərovu barəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.