logo

Müdafiə Nazirliyi Füzuli rayonunun Mollavəli kəndinin görüntülərini yaydı

10:50 06-09-2021 | icon 420
Müdafiə Nazirliyi Füzuli rayonunun Mollavəli kəndinin görüntülərini yaydı

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad olunmuş Mollavəli kəndinin videogörüntülərini yayıb.

YeniAvropa xəbər verir ki, Mollavəli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu oktyabrın 22-də kəndi işğaldan azad edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edirik: