logo

Kür çayının Bankə məntəqəsində suyun səviyyəsi 32 sm azalıb

22:33 05-09-2021 | icon 1484
Kür çayının Bankə məntəqəsində suyun səviyyəsi 32 sm azalıb

Sentyabrın 5-də Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar məntəqəsində suyun səviyyəsi 2 santimetr artıb, Gəncəçay-Zurnabad məntəqəsində 1 santimetr azalıb. Kürəkçay-Çaykənd o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı məntəqələrində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidor, Təngərüdçay-Vaqo və Viləşçay-Şıxlar məntəqələrində isə 1 santimetr artım qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 97 kubmetr təşkil edir ki, bu da ongünlük normanın 80 faizinə bərabərdir.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 1 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 3,50 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 5 faizini təşkil edir.

Kür-Surra məntəqəsində suyun səviyyəsi 3 santimetr azalaraq 278 santimetr, su sərfi isə 56 kubmetr/saniyə olub. Kür-Şirvanda suyun səviyyəsi 4 santimetr azalaraq 89, Kür-Bankədə 32 santimetr azalaraq 115, Araz-Novruzluda isə 3 santimetr azalaraq 52 santimetr təşkil edib.