logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 2 milyon 876 min nəfəri ötüb

19:29 05-09-2021 | icon 2807
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 2 milyon 876 min nəfəri ötüb

Sentyabrın 5-də Azərbaycanda 60 min 977 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 min 223, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 min 754 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 235 min 274, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 358 min 794, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 876 min 480 nəfər təşkil edir.