logo

Azərbaycan - Portuqaliya oyununun hakimləri bəlli oldu

15:25 05-09-2021 | icon 3332
Azərbaycan - Portuqaliya oyununun hakimləri bəlli oldu

Azərbaycan və Portuqaliya milli komandaları arasında keçiriləcək 2022-ci il dünya çempionatının seçmə oyunu üçün hakim təyinatları açıqlanıb.

YeniAvropa xəbər verir ki, sentyabrın 7-də baş tutacaq qarşılaşmanı İtaliyadan olan hakimlər briqadası idarə edəcək.

A qrupunda keçiriləcək oyunun baş hakimi Marko Quida olacaq. Ona Filippo Meli və  Alessandro Kostanzo köməkçilik edəcək. Dördüncü hakim Fabio Mareska,  VAR hakimləri Marko Di Bello və Çiro Karbone olacaq. 

Bundan əlavə, matça hakim-inspektor Levan Paniaşvili (Gürcüstan), FIFA nümayəndəsi kimi isə Milovan Cukanoviç (Monteneqro) təyinat alıb. 

Qeyd edək ki, görüş saat 20-00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.