logo

Sinoptiklərdən güclü külək, şimşək və yağış xəbərdarlığı

13:44 05-09-2021 | icon 1652
Sinoptiklərdən güclü külək, şimşək və yağış xəbərdarlığı

Sentyabrın 6-sı axşamdan 8-i səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr olacağı, arabir saniyədə 23-25, sentyabr 7-si axşam 8-i gecə yarımadanın bəzi yerlərində arabir 27 metrədək güclənəcəyi, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın bəzi rayonlarında sentyabrın 6-sı axşamdan 8-i gündüzədək şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, Lənkəran-Astara zonasında isə güclü olacağı proqnozlaşdırılır. Əsasən dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi istisna olunmur. Qərb küləyinin əsəcəyi, 15-20 metr/saniyə olacağı, ayrı-ayrı yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı,bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi bildirilir.