logo

"DÇ-2022": Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazanıb

22:11 04-09-2021 | icon 4298
"DÇ-2022": Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazanıb

Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində ilk xalını qazanıb.

 YeniAvropa xəbər verir ki, sentyabrın 4-də millimiz A qrupundakı dördüncü oyununda İrlandiya yığmasının qonağı olub

Dublin şəhərindəki "Aviva" stadionunda keçirilən görüşdə İrlandiya yığmasının start heyətində Qavin Bazunu, Şeymus Koulman, Şeyn Daffi, Con Eqan, Joş Kullen Mett Doerti, Ceyson Molumbi, Jayson Molumby, Aaron Connoly, Troy Parrot və Adam İdah yer alıblar.

Azərbaycan miııisinin heyətində meydana Şahruddin Məhəmmədəliyev, Höccət Haqverdi, Maksim Medvedev, Elvin Bədəlov, Anton Krivotsyuk, Emin Mahmudov, Qara Qarayev, Toral Bayramov, Mahir Emreli, Filip Ozobiç və Namik Ələskərov çıxıblar.

Fransadan olan FIFA referisi Jerom Brisarın idarə etdiyi oyunda qalib müəyyənləşməyib - 1:1. İlk hissəyə əlavə olunmuş vaxtda futbolçumuz Emin Mahmudov baxımlı qola imza atıb. Matçın 87-ci dəqiqəsində İrlandiya millisinin üzvü Şeyn Duffi hesabı bərabərləşdirib.

Beləliklə, Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində ilk xalını qazanıb. Komandamız hazırda 1 xalla 4-5-ci yerləri bölüşür.

Yığmamız növbəti oyununu sentyabrın 7-də Bakıda Portuqaliya seçməsinə qarşı keçirəcək.