logo

Badamdarda  dağlıq ərazidə yanğın başlayıb

13:55 04-09-2021 | icon 8778
Badamdarda  dağlıq ərazidə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri Səbail rayonunun Badamdar qəsəbəsində dağlıq ağaclıq ərazidə kol-kos və quru otun yanması barədə məlumat daxil olub.

YeniAvropa xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.