logo

Gündüz saatlarından etibarən ölkə ərazisində hava şəraiti sabitləşəcək

11:33 04-09-2021 | icon 581
Gündüz saatlarından etibarən ölkə ərazisində hava şəraiti sabitləşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 4-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, Lənkəran-Astara zonasında leysan xarakterli intensiv və güclü olub, bəzi rayonlarda güclü şimal-qərb küləyi əsib.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, düşən yağışın miqdarı Astarada 89 (aylıq normanın 45 faizi), Lənkəranda 43 (aylıq normanın 25 faizi), Qubada 11, Altıağacda 7, Sarıbaş (Qax), Şabran, Xınalıq, Xaltanda 4, Qrız, Qusarda 3, Lerik, Yardımlıda 2, Göytəpə, Biləsuvar, Daşkəsən, Yevlax, Nabran, Kişçay (Şəki), Kürdəmir, Bakı, Maştağa, Sumqayıtda 1 millimetrədək olub.

Sentyabrın 3-ü axşam və sentyabrın 4-nə keçən gecə bəzi rayonlarda şimal-qərb küləyinin maksimal sürəti saniyədə 30 metrə çatıb, Bakıda və Abşeron yarımadasında isə 28 metr/saniyəyədək güclənib, Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4.6 metrə çatıb.

Sentyabrın 4-ü səhər saatlarından güclü şimal-qərb küləyi 9-13 metr/saniyəyədək zəifləyib.

Havanın maksimal temperaturu Bakıda 30°-dək isti olub.

Sentyabrın 4-ü gündüz saatlarından etibarən ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.