logo

DİM ali məktəblərə ixtisas seçiminin nəticələrini açıqlayıb

19:51 03-09-2021 | icon 3332
DİM ali məktəblərə ixtisas seçiminin nəticələrini açıqlayıb

Dövlət İmtahan Mərkəzi(DİM) ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələrini açıqlayıb.

DİM-dən YeniAvropa-ya bildirilib ki, iş nömrəsinin sonuna 8 rəqəmini əlavə edib bütün mobil operatorlardan 7727-yə SMS göndərməklə müsabiqənin nəticələri ilə tanış olmaq mümkündür.

Abituriyent qəbul olduğu ixtisasın dövlət sifarişli və ya ödənişli olmasını bilmək üçün gələn ixtisas kodunu 7737-yə göndərərək bu barədə informasiya əldə edə bilər.

Nəticələr yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.