logo

Mehriban Əliyeva Tokioda 12-ci qızıl medal qazanan idmançımızı təbrik etdi

19:18 03-09-2021 | icon 1778
Mehriban Əliyeva Tokioda 12-ci qızıl medal qazanan idmançımızı təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycan milli yığmasına 12-ci qızıl medalı qazandıran idmançımızı təbrik edib.

YeniAvropa xəbər verir ki, bu barədə birinci vitse-prezident "İnstaqram" hesabında  paylaşım edib.

Paylaşımda deyilir: “Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycanın qızıl medallarının sayı 12-yə çatdı! Paralimpiyaçımız Raman Salehi 3-cü medalını qazanması münasibətilə təbrik edirəm! Azərbaycanı Paralimpiadada layiqincə təmsil edən milli yığmamıza səmimi-qəlbdən təşəkkür edir, bütün idmançılarımıza yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!”.