logo

Paytaxtda dələduzluq edən "Azərsu” "əməkdaşı" peyda olub

18:33 03-09-2021 | icon 1715
Paytaxtda dələduzluq edən "Azərsu” "əməkdaşı" peyda olub

Bakı şəhəri Sabunçu rayonu ərazisində özünü “Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadan şəxs peyda olub.

YeniAvropa xəbər verir ki, bu barədə ASC-dən bildirilib.Qeyd edilib ki, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən və özünü Əli kimi təqdim edən şəxs debitor borca görə suyun kəsilməməsi müqabilində abonentlərdən pul tələb edib. “Azərsu”nun Sabunçu rayon Sukanal İdarəsinin mühəndisi Elçin Quliyev ərazidə olarkən bir neçə abonent bildirib ki, ondan əvvəl başqa bir əməkdaşa nağd qaydada pul ödəyiblər. Ərazidəki müşahidə kameralarından həmin şəxsin görüntüsü əldə edilib. Aşkarlanmış hal üzrə faktlar və sənədlər araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilib.

“Azərsu” ASC bir daha abonentlərin diqqətinə çatdırır ki, “Azərsu” əməkdaşlardan vəsiqə tələb etsinlər, heç bir halda onlara nağd pul ödəməsinlər, əməkdaşların qeyri-qanuni əməlləri ilə rastlaşdıqda dərhal “955” Zəng Mərkəzinə məlumat versinlər. Abonentlərdən xahiş olunur ki, içməli və tullantı su xidmətlərindən istifadəyə görə ödənişləri internet üzərindən (azersu.az saytı, e-su.az portalı, müxtəlif ödəmə saytları), bank, poçt şöbələri, həmçinin ödəmə terminalları vasitəsilə həyata keçirsinlər.