logo

NATO Azərbaycanla bir çox sahələrdə əməkdaşlığı davam etdirəcək

15:23 03-09-2021 | icon 1778
NATO Azərbaycanla bir çox sahələrdə əməkdaşlığı davam etdirəcək

“NATO və müttəfiqləri bir çox sahələrdə, o cümlədən təhlükəsizlik və müdafiə sahəsində islahatların aparılması, həmçinin terrorla mübarizə sahəsində Azərbaycanla əməkdaşlıq etməkdə davam edirlər”.

YeniAvropa xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilib.

“Bu yaxınlarda NATO-nun baş katibi Kabil hava limanının, həmçinin müttəfiqlərin və tərəfdaşların, habelə risk altında olan əfqanların Əfqanıstandan təxliyəsinin təhlükəsizliyinin təmin edilməsində NATO üzrə müttəfiqlər, xüsusilə də Türkiyə, ABŞ və Böyük Britaniya ilə birlikdə oynadığı həyati əhəmiyyətli rola görə Azərbaycana minnətdarlığını ifadə edib”, - deyə məlumatda bildirilib.

Bundan əlavə, Alyans Xavyer Kolominanın NATO Baş katibinin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə yeni müavini təyin edilməsini alqışlayıb.

“O, həmçinin NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi vəzifəsində Ceyms Appaturayı əvəz edəcək”, - təşkilatın yaydığı məlumatda vurğulanıb.