logo

Payraxtda mədəndən 591 min dollarlıq avadanlıq oğurlanıb

14:55 03-09-2021 | icon 1687
Payraxtda mədəndən 591 min dollarlıq avadanlıq oğurlanıb

Bakıda neft quyularından oğurluq edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də rayon ərazisindəki MMC-lərdən birinə məxsus neft quyularından 591 900 ABŞ dolları dəyərində mühərrik və generatorun hissələrini oğurlamaqda şübhəli bilinən Salyan rayon sakinləri K.Kərimov, Ş.Babaşov və Bakı şəhər sakini Y.Rüstəmov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.