logo

Azərbaycan Kəşfiyyat və Təhlükəsizlik üzrə Parlament Forumunda təmsil olunacaq

14:34 03-09-2021 | icon 1946
Azərbaycan Kəşfiyyat və Təhlükəsizlik üzrə Parlament Forumunda təmsil olunacaq

Milli Məclisin deputatı Kamal Cəfərov “Kəşfiyyat və Təhlükəsizlik üzrə Parlament Forumu”nda iştirak etmək üçün sentyabrın 5-də Macarıstanın paytaxtı Budapeştə səfərə yola düşəcək.

YeniAvropa xəbər verir ki, bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, Macarıstan Milli Assambleyasının təşkil etdiyi tədbirə Amerika, Avropa, Asiya, Afrika qitələrindəki bir sıra dövlətlərin nümayəndələri qatılacaqlar. Deputatımız forumda “Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi: ən müsbət təcrübə” mövzusunda məruzə ilə çıxış edəcək.

 Səfər sentyabrın 8-də başa çatacaq.