logo

Raman Saleh Tokio Paralimpiadasında üçüncü qızıl medalını qazandı

13:31 03-09-2021 | icon 966
Raman Saleh Tokio Paralimpiadasında üçüncü qızıl medalını qazandı

Azərbaycan üzgüçüsü Raman Saleh Tokio Paralimpiadasında üçüncü qızıl medalını qazanıb.

YeniAvropa xəbər verir ki, 100 metr məsafəyə butterfly üsulla üzgüçülük yarışında çıxış edən idmançımız məsafəni 57,81 saniyəyə qət edərək üçüncü dəfə “Tokio-2020”nin qalibi olub.

R.Saleh 100 metr məsafəyə arxası üstə və sərbəst üsulla üzmə yarışlarında da ölkəmizin aktivinə qızıl medallar yazdırmışdı. O, 50 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışında isə dördüncü yeri tutmuşdu.

Hazırda Azərbaycan komandasının hesabında 17 medal var. Onlardan 12-si qızıl, 1-i gümüş və 4-ü isə bürüncdür. Paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medala sahib olublar.

Yüz metr məsafəyə arxası üstə və sərbəst üsulla üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Digər üzgüçümüz Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında birinci yeri tutub. Nizəatma yarışında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Elvin Astanov nüvəitələmə yarışında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutublar. Para-atlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışını ikinci pillədə başa vurub. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.