logo

Molla Əbdül Bəradar Əfqanıstanın yeni hökumətinə rəhbərlik edəcək

10:50 03-09-2021 | icon 3136
Molla Əbdül Bəradar Əfqanıstanın yeni hökumətinə rəhbərlik edəcək

Əfqanıstanın yeni hökumətinə “Taliban” hərəkatının siyasi qanadının lider molla Əbdül Qani Bəradar rəhbərlik edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə "Reuters" agentliyi hərəkatdakı mənbəyə istinadla məlumat yayıb.

Mənbənin məlumatına görə, yeni administrasiyada, həmçinin molla Yaqub (taliblərin ilk lideri molla Ömərin oğlu) və təşkilatın Dohadakı nümayəndəsi Məhəmməd Abbas Stanekzay yer alacaq.

İki gün əvvəl "TOLOnews" telekanalı belə bir informasiya vermişdi ki, Əfqanıstan Nazirlər Kabinetinin rəhbəri “Taliban”ın lideri molla Heybətulla Axundzadə ola bilər.

Taliblərin yeni hökumətin tərkibini bu gün elan edəcəkləri gözlənilir.