logo

Bakıda gənc müəllimə koronavirusdan ölüb

09:33 03-09-2021 | icon 1519
Bakıda gənc müəllimə koronavirusdan ölüb

Azərbaycanda daha bir müəllim koronavirusdan  dünyasını dəyişib.

YeniAvropa xəbər verir ki,  "COVİD-19"un budəfəki qurbanı gənc müəllim Elza Abdullayeva olub.

Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıblar. 

Bildirilib ki, Elza Abdullayeva paytaxtın Nəsimi rayonundakı Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbində fortepiano müəllimi kimi ffəaliyyət göstərib.

Allah rəhmət eləsin!