logo

Ağstafada iki azyaşlını maşın vurdu: qızlardan biri hadisə yerindəcə öldü

20:22 02-09-2021 | icon 2856
Ağstafada iki azyaşlını maşın vurdu: qızlardan biri hadisə yerindəcə öldü

Ağstafada ölümlə nəticələnən ağır-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, hadisə rayonun Aşağı Kəsəmən kəndində qeydə alınıb.

Hərəkətdə olan yük maşını iki azyaşlını vurub. 10 yaşlı Məmmədova Nuray Abdulnasir qızı hadisə yerində ölüb, 5 yaşlı Hüseynova Aysel Elmir qızı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.