logo

Paytaxtda mənzildə partlayış oldu: ana və uşaq ciddi xəsarət aldı

17:34 02-09-2021 | icon 7329
Paytaxtda mənzildə partlayış oldu: ana və uşaq ciddi xəsarət aldı

Bakıda mənzildə partlayış hadisəsi baş verib.

 YeniAvropa xəbər verir ki, hadisə Nizami rayonu "8-ci km" qəsəbəsi Elşən Süleymanov küçəsindəki çoxmərtəbəli yaşayış binalarından birində qeydə alınıb.

Belə ki, mənzilin mətbəxində qaz balonu partlayıb. Nəticədə həmin mənzildə yaşayan Məmmədzadə Samirə Həsən qızı  və övladı ciddi xəsarət alıblar.

5 saylı Kliniki Xəstəxanasından verilən məlumata görə, ana və övladının bədəninin 60 faizi yanıb.

Hazırda onların sağ qalmaları üçün xəstəxanada mümkün tədbirlər həyata keçirilir.