Milli Məclisdə Azərbaycan və Türkiyə bələdiyyələri arasında əməkdaşlıq müzakirə olunub
Sentyabrın 2-də Milli Məclisdə Aqrar siyasət və Regional məsələlər komitələrinin üzvləri Türkiyə Bələdiyyələr Birliyinin xətti ilə ölkəmizə səfərə gələn Kahramanmaraş Böyük Şəhər Bələdiyyəsinin sədri Hayrettin Güngörün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qonaqları salamlayaraq ölkələrimiz və xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərindən, gündən-günə genişlənən əməkdaşlıq əlaqələrindən söz açıb. Ötən payız 44 günlük Vətən müharibəsi dövründə Türkiyə xalqının və dövlətinin verdiyi mənəvi-siyasi dəstəyin Azərbaycanda çox yüksək qiymətləndirildiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan-Türkiyə birliyi dünyaya nümunədir.
Görüşdə nümayəndə heyətinin başçısı, Türkiyə Tarixi Şəhərlər İttifaqının və Kahramanmaraş Böyük Şəhər Bələdiyyəsinin sədri Hayrettin Güngör səfərin məramını açıqlayıb. Bildirib ki, məqsəd yerli özünüidarə sahəsində təcrübə mübadiləsi aparmaq, əməkdaşlığı dərinləşdirmək və mövcud perspektivləri müzakirə etməkdir.
Hayrettin Güngör Türkiyədə yerli özünüidarə qurumlarının təcrübəsindən də söz açıb, əməkdaşlığa dair bir sıra təkliflərini deputatların diqqətinə çatdırıb.
Sonra Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev avqustun sonlarında Ankarada keçirilmiş şəhər bələdiyyələrinin tədbirində iştirakları barədə məlumat verib. Türkiyə təcrübəsinin öyrənilib ölkəmizdə tətbiq edilməsi istiqamətində atılan addımlardan danışıb.
Görüşdə Regional məsələlər komitəsinin sədr müavini Elşən Musayev, deputatlar Azər Badamov və Kamran Bayramov ölkələrimizin bələdiyyələri arasında əməkdaşlığı yüksək səviyyəyə çatdırmağın vacibliyindən danışıblar. Vaxtaşırı həyata keçirilən təcrübə mübadiləsinin çox əhəmiyyətli olduğunu qeyd ediblər. Soydaşlarımız işğaldan azad olunmuş torpaqlara qayıtdıqca o bölgələrdə bələdiyyə institutunun inkişafında Türkiyə bələdiyyələrinin mühüm rol oynaya biləcəyini vurğulayıblar.
Nümayəndə heyətinin üzvlərindən Şırnak bələdiyyəsinin sədri Mehmet Yarka və Yozqat bələdiyyəsinin sədri Celal Köşe Azərbaycanın Vətən müharibəsindəki Zəfərindən qürur duyduqlarını bir daha vurğulayaraq bələdiyyələr arasındakı əməkdaşlığın səmərəli olacağına inam ifadə ediblər.
Söhbət zamanı Tahir Rzayev qonaqlara Milli Məclisin strukturu, ölkəmizdə bələdiyyə institutunun təşəkkülü və inkişaf tarixi, yerli özünüidarəetmə qurumlarına dair qanun yaradıcılığı, dövlətin bələdiyyələrə qayğısı, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın işi və digər məsələlər barədə ətraflı məlumat verib.
Geniş fikir mübadiləsinin aparıldığı görüşdə Milli Məclisin deputatları Aydın Hüseynov, Emin Hacıyev və Səbinə Xasayeva, Türkiyə Bələdiyyələr Birliyi Baş katibinin müavini Kayhan Özüm və qurumun əməkdaşı Yunus Biçer, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak ediblər.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir