logo

Lənkəranda arvadına çoxsaylı bıcaq zərbələri vuran ər həbs edildi

16:06 02-09-2021 | icon 1575
Lənkəranda arvadına çoxsaylı bıcaq zərbələri vuran ər həbs edildi

Avqustun 27-si saat 21 radələrində 1985-ci il təvəllüdlü Aynur Mirzəyevanın Lənkəran rayonu ərazisində yaşadığı evdə xəsarət alması barədə rayon prokurorluğuna məlumat verilib.

Lənkəran rayon Prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Aqşin Mirzəyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Aynur Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Aqşin Mirzəyev təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam edir.