logo

Paytaxtda piyadanı vurub hadisə yerindən qaçan sürücü yaxalandı

15:12 02-09-2021 | icon 1491
Paytaxtda piyadanı vurub hadisə yerindən qaçan sürücü yaxalandı

Səbail rayonu ərazisində yolu keçən Bakı şəhər sakini Azər Əliyev müəyyən edilməmiş avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, nəticədə piyada hadisə yerində ölüb.

Bakı şəhər Baş Polis İdarəsi və Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Shacman” markalı avtomobilin sürücüsü, Mingəçevir şəhər sakini E.Babayev müəyyənləşdirilərək saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.