logo

Ağcabədidə saxta vaksin sənədl verən həkimlərə cinayət işi açılıb

14:10 02-09-2021 | icon 1498
Ağcabədidə saxta vaksin sənədl verən həkimlərə cinayət işi açılıb

Ağcabədi rayon Mərkəzi Xəstəxanasının Avşar kənd həkim məntəqəsində bəzi şəxslərə COVID-19 əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Ağcabədi rayon Prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, araşdırmalarla həmin həkim məntəqəsinin vəzifəli şəxsləri tərəfindən ölkə daxilində və xaricində yaşayan bir neçə şəxsə COVIV-19 əleyhinə vaksin vurulmadığı halda onların I və II doza vaksin olunmaları ilə bağlı tibbi sənədlərin tərtib edilməsi müəyyənləşdirilib.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirakı olan şəxslərin müəyyənləşdirilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.