logo

Mərkəzi Bankın valyuta ehtiyatları 7 milyard dolları ötüb

12:22 02-09-2021 | icon 2702
Mərkəzi Bankın valyuta ehtiyatları 7 milyard dolları ötüb

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

 

 YeniAvropa  Mərkəzi Banka istinadla xəbər verir ki, AMB-nın valyuta ehtiyatları sentyabrın 1-nə 7 milyard 42,6 milyon ABŞ dolları olub.

Bu göstərici ötən ayın eyni dövrü ilə müqayisədə 546,1 milyon dollar çoxdur.