logo

Azərbaycan nefti 71,32 dollara satılır

10:52 02-09-2021 | icon 1274
Azərbaycan nefti 71,32 dollara satılır

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

YeniAvropa xəbər verir ki,  “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,89 dollar aazalaraq 71,32 dollar təşkil edib.

 

Qeyd edək ki, son iki ildə Azərbaycan neftinin maksimum satış qiyməti bu il iyulun 6-da qeydə alınıb. Azərbaycan neftinin qiyməti 2019-cu il aprelin 26-dan bəri ilk dəfə 78 dolları ötərək 78,35 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin bir barelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.