logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb

10:33 02-09-2021 | icon 1365
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 45 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 49 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 59 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş bir yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 27, qanunsuz silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.