logo

"Neftçi" Braziliyadan hücumçu transfer etdi

21:12 01-09-2021 | icon 917
"Neftçi" Braziliyadan hücumçu transfer etdi

“Neftçi” klubu hücumçu transferini rəsmiləşdirib.

YeniAvropa  klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı Ramon Maçado ilə 1 illik müqavilə imzalanıb.

30 yaşlı futbolçu "ağ-qaralar"ın heyətində 91 nömrəli formanı geyinəcək.

Sonuncu klubu “Brazil de Pelotas” (2016, 2021) olan Ramon Maçado Almaniyanın “Regensburq” (2012-2013), Braziliyanın “Espartivo” (2014), “Layeadense” (2014, 2015), “Santa Kruz” (2014), “Boa Esporte” (2015), “Ponte Preta” (2017), “Yuventude” (2017), “Vila Nova” (2018), “İtuano” (2019), “Parana” (2019), “Santo Andre” (2020, 2021) və “Botafoqo”da (2020) da çıxış edib.