logo

Gürcüstanın keçmiş baş naziri Tbilisi meri vəzifəsinə namizəddir

19:49 01-09-2021 | icon 3122
Gürcüstanın keçmiş baş naziri Tbilisi meri vəzifəsinə namizəddir

Gürcüstanın sabiq baş naziri Giorgi Qaxariyanın Tbilisi meri vəzifəsinə namizədliyi irəli sürülüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Giorgi Qaxariya sədri olduğu “Gürcüstan naminə” partiyasının yerli seçkilər üçün namizədlərin təqdimetmə mərasimində bildirib.

O, çıxışında deyib ki, “Gürcüstan naminə” partiyası ölkədə nüfuzu artan yeganə siyasi təşkilatdır.

Qeyd edək ki, G.Qaxariya 2019-cu ilin sentyabrından bu ilin fevralın 18-dək Gürcüstan hökumətinə rəhbərlik edib. Vəzifəsindən istefa verən 46 yaşlı siyasətçi hakim "Gürcü Arzusu" partiyasını da tərk edərək, bu ilin mayında yeni "Gürcüstan naminə” partiyanı yaradıb.

Xatırladaq ki, Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər bir ay sonra- oktyabrın 2-də keçiriləcək.