logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 2 milyon 731 min nəfəri ötüb

18:41 01-09-2021 | icon 2793
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 2 milyon 731 min nəfəri ötüb

Sentyabrın 1-də Azərbaycanda 105 min 699 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 65 min 968, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 min 731 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 6 milyon 911 min 439, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 179 min 684, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 731 min 755 nəfər təşkil edir.