logo

Azərbaycanda daha 3845 nəfər koronavirusa yoluxdu, 41 nəfər öldü

18:21 01-09-2021 | icon 1603
Azərbaycanda daha 3845 nəfər koronavirusa yoluxdu, 41 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 3845 yoluxma faktı qeydə alınıb, 3876 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 428 min 736 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 370 min 2 nəfər müalicə olunaraq sağalıb, 5 min 677 nəfər vəfat edib. Aktiv xəstə sayı 53 min 57 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 min 102, bu günə qədər isə ümumilikdə 4 milyon 481 min 39 test icra olunub.