logo

Azərbaycan qırıcıları “TurAz Şahini - 2021” təlimlərinə yola düşüb

17:57 01-09-2021 | icon 1659
Azərbaycan qırıcıları “TurAz Şahini - 2021” təlimlərinə yola düşüb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konyada “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib  ki, təlimlərdə iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin iki ədəd “MiQ-29” və iki ədəd “Su-25” döyüş təyyarəsi sentyabrın 1-də Türkiyəyə yola düşüb.

Birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.