logo

Həştərxanda VI Xəzər Media Forumu keçiriləcək

17:31 01-09-2021 | icon 1386
Həştərxanda VI Xəzər Media Forumu keçiriləcək

Sentyabrın 10-da Həştərxanda VI Xəzər Media Forumu keçiriləcək.

YeniAvropa xəbər verir ki, 2021-ci il Forumunun mövzusu turizm və etnomədəni kommunikasiyadır. Forumun əsas tədbirləri, federal və regional icra hakimiyyəti orqanlarının, KİV nümayəndələrinin, alimlərin və politoloqların, Xəzər regionu ölkələrinin ictimai və gənclər təşkilatlarının liderlərini bir araya gətirəcək plenar iclas və müzakirə platformaları olacaq.

Xəzər Media Forumu təcrübə mübadiləsi, regional və beynəlxalq jurnalistikanın inkişafı ilə bağlı yeni vektorların müzakirəsi və Xəzər regionu ölkələri üçün vahid informasiya sahəsi yaratmaq üçün unikal bir platformadır.