logo

Azərbaycan cüdo komandasının Zaqreb "Qran-pri"si üçün heyəti açıqlandı

17:11 01-09-2021 | icon 2457
Azərbaycan cüdo komandasının Zaqreb "Qran-pri"si üçün heyəti açıqlandı

Sentyabrın 24-də Zaqrebdə cüdo üzrə Qran-Pri turniri start götürəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından bildirilib.

Qeyd edilib ki,  yarışda Azərbaycanı 6 cüdoçu təmsil edəcək.

Belə ki, Davud Məmmədsoy, Balabəy Ağayev (hər ikisi 60 kq), İbrahim Əliyev (66 kq), Telman Vəliyev (73 kq), Məmmədəli Mehdiyev (90 kq), İmran Yusifov (100 kq-dan yuxarı) medallar uğrunda mübarizə aparacaqlar.

Turnir sentyabrın 26-dək davam edəcək.