logo

Paytaxtda yolu keçən piyadanı maşın vurub öldürdü

14:11 01-09-2021 | icon 1295
Paytaxtda yolu keçən piyadanı maşın vurub öldürdü

Sentyabrın 1-də Səbail rayonu ərazisində yolu keçən Bakı şəhər sakini Azər Əliyev müəyyən edilməmiş avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, hadisə nəticəsində A.Əliyev hadisə yerində ölüb.

Hadisə ilə bağlı Səbail rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.