logo

Bakıda havada toz dumanı müşahidə olunur

13:53 01-09-2021 | icon 1295
Bakıda havada toz dumanı müşahidə olunur

Bu gün günorta saatlarından Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz dumanı müşahidə olunur. 

YeniAvropa xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd edilib ki, havada müşahidə olunan toz dumanı transsərhəd xarakter daşıyır.

Hazırda havada  tozun miqdarı normadan 2 dəfə çoxdur. 

Belə tozlu havanın gün ərzində davam edəcəyi gözlənilir.