logo

“Keşlə”  Soçidən böyük hesablı məğlubiyyətlə geri donür 

22:12 22-07-2021 | icon 2261
“Keşlə”  Soçidən böyük hesablı məğlubiyyətlə geri donür 

Futbol üzrə Azərbaycan Kubokunun sonuncu qalibi olan “Keşlə” komandası iyulun 22-də UEFA Konfrans Liqasında birinci oyununu keçirib.

 YeniAvropa xəbər verir ki, paytaxt təmsilçisi ikinci təsnifat mərhələsinin birinci oyununda Rusiyada “Soçi” klubu ilə qarşılaşıb. “Fişt” stadionunda oynanılan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Soçi təmsilçisinin heyətində Rodriqo (10), Kristian Noboa (67, p) və Maksim Barsov (81) fərqləniblər.

Komandalar arasında cavab görüşü iyulun 29-da Bakıda keçiriləcək.

Azərbaycanın Konfrans Liqasındakı digər təmsilçisi “Qarabağ” isə Bakıda İsrailin “Aşdod” klubu ilə qolsuz heç-heçə edib.