logo

Azərbaycanda daha 212 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

20:21 22-07-2021 | icon 2226
Azərbaycanda daha 212 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından daha 92 nəfər müalicə olunaraq sağalıb, 212 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, infeksiyadan 1 nəfər həyatını itirib.

Hazırkı dövrədək ölkəmizdə 339 min 274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 331 min 629 nəfər müalicə olunaraq sağalıb, 4999 nəfər vəfat edib. Aktiv xəstə sayı 2646 nəfərdir.

Ötən müddətdə 3 milyon 943 min 568 test aparılıb. Bugünkü test sayı isə 7655-dir.