logo

UEFA Konfrans Liqası: “Qarabağ” - “Aşdod” matçı başlayıb

20:02 22-07-2021 | icon 602
UEFA Konfrans Liqası: “Qarabağ” - “Aşdod” matçı başlayıb

Ağdamın “Qarabağ” futbol klubu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 22-də Bakıda İsrailin “Aşdod” komandası ilə qarşılaşır.

YeniAvropa xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmanı ukraynalı hakim Sergey Boyko idarə edir.

Ağdam təmsilçisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev, Patrik Andrade, Abdullah Zubir, Xayme Romero, Filip Ozobiç, Toral Bayramov, Abbas Hüseynov, Ramil Şeydayev və Kevin Medina yer alıblar.

“Aşdod”un start heyətində isə meydana Yoav Jafari, Gil Kohen, Nenad Cvetkoviç, Abu Akal, Lior Einbrom, Montari Kamaheni, Tom Ben Zaken, Martin Raynov, David Roi Nyenque, Yakov Brihon və Oz Bilevi meydana çıxıblar.

Komandalar arasında cavab oyunu bir həftə sonra İsraildə keçiriləcək.