logo

UEFA Konfrans Liqası: “Qarabağ” və “Aşdod”un start heyətləri açıqlanıb

18:58 22-07-2021 | icon 2198
UEFA Konfrans Liqası: “Qarabağ” və “Aşdod”un start heyətləri açıqlanıb

UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində üz-üzə gələcək “Qarabağ” (Azərbaycan) və “Aşdod” (İsrail) komandalarının start heyətləri açıqlanıb.

YeniAvropa xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanı ukraynalı hakim Sergey Boyko idarə edəcək.

Ağdam təmsilçisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev, Patrik Andrade, Abdullah Zubir, Xayme Romero, Filip Ozobiç, Toral Bayramov, Abbas Hüseynov, Ramil Şeydayev və Kevin Medina yer alıblar.

“Aşdod”un heyətində isə Yoav Jafari, Gil Kohen, Nenad Cvetkoviç, Abu Akal, Lior Einbrom, Montari Kamaheni, Tom Ben Zaken, Martin Raynov, David Roi Nyenque, Yakov Brihon və Oz Bilevi meydana çıxacaqlar.

Qeyd edək ki, komandalar arasında cavab oyunu bir həftə sonra İsraildə təşkil olunacaq.