logo

Qubadlı rayonunun Altınca kəndinin videogörüntüləri

17:45 22-07-2021 | icon 392
Qubadlı rayonunun Altınca kəndinin videogörüntüləri

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilən Qubadlı rayonunun Altınca kəndinin videogörüntülərini paylaşıb.

YeniAvropa xəbər verir ki, Həkəri çayının sahilində, dağətəyi ərazidə yerləşən Altınca kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu kəndi işğaldan azad edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edirik: