logo

Prezident İlham Əliyev Naftalanda bir sıra açılışlarda iştirak edib

17:10 22-07-2021 | icon 1470
Prezident İlham Əliyev Naftalanda bir sıra açılışlarda iştirak edib

Prezident İlham Əliyev iyulun 22-də Naftalan şəhərinə səfəri çərçivəsində Mərkəzi Sanatoriyanın açılış mərasimində iştirak edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısına sanatoriya haqqında məlumat verilib.

Bildirilib ki, köhnə avtovağzal binası sökülərək yerində 2014-cü ilin may ayında Naftalan Mərkəzi Sanatoriyasının inşasına başlanıb. Sanatoriya kompleksində tikinti işləri 2021-ci ilin yanvar ayında başa çatdırılıb.

****

İyulun 22-də Naftalan şəhərində 200 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib.

Prezident İlham Əliyev tədbirdə iştirak edib.