logo

Azərbaycanda bu ay 3 yeni doğulan körpə küçəyə atılıb

16:10 22-07-2021 | icon 1477
Azərbaycanda bu ay 3 yeni doğulan körpə küçəyə atılıb

“Ağcabədi rayonunda küçəyə atılan körpə oğlan uşağı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir”.

YeniAvropa xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Teymur Mərdanoğlu bildirib.
 
O qeyd edib ki, körpə oğlan barədə lazimi tədbirlər görülür: “Valideynlərinin tapılması ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalar aparılır”.

Xatırladaq ki, Ağcabədi rayonunda tapılan körpə iyul ayı ərzində küçəyə atılan 3-cü uşaqdır. Daha öncə Sumqayıtda və Ucarda da körpələr küçəyə atılmışdı.