logo

Binəqədidə yataqxana binasında baş verən yanğın söndürülüb

13:13 22-07-2021 | icon 4830
Binəqədidə yataqxana binasında baş verən yanğın söndürülüb

Paytaxtın Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsində yerləşən beşmərtəbəli yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddətdə məhdudlaşdırılaraq tam söndürülüb.

FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, ilkin məlumata əsasən, beşmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsində ümumi sahəsi 22 kvadratmetr olan birotaqlı mənzil yanıb. Digər mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı tüstülənmiş mənzillərdən 10 sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Xəsarət alan olmayıb.