logo

Bakıda Polad Həşimov parkı açıldı

10:55 22-07-2021 | icon 1463
Bakıda Polad Həşimov parkı açıldı
Bakıda Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adını daşıyan parkın təntənəli açılışı olub. 

YeniAvropa xəbər verir ki, Xətai rayonunda yerləşən park bu gündən istifadəyə verilib.

Mərasimdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, parkın ərazisi ilə yanaşı, həm də parka birləşən həyətlər də abadlaşdırılıb. Parkda həmçinin abidə kompleksi yaradılıb. Polad Həşimovun və 8 şəhidin xatirə lövhəsi vurulub.