logo

“Azercell” abunəçilərinin  “Whatsapp”dan göndərilən şübhəli mesajlara reaksiya verməməyə çağırdı

10:31 22-07-2021 | icon 2352
“Azercell” abunəçilərinin  “Whatsapp”dan göndərilən şübhəli mesajlara reaksiya verməməyə çağırdı

"Azercell Telekom” MMC abunəçilərini  “Whatsapp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə və ismarıclara reaksiya verməməyə çağırır.

YeniAvropa xəbər verir ki, şirkətin yaydığı məlumatda qeyd edilir ki, müvafiq məzmunun "Azercell"ə heç bir aidiyyatı yoxdur.

"Yarana biləcək  əlavə xərclərin qarşısını almaq üçün “Azercell Telekom” öz abunəçilərinə şübhəli zənglərə və SMS-lərə reaksiya verməməyi, eləcə də belə internet saytlardan istifadə etməməyi, həmçinin  istifadə edilən cihaz və nömrə ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl etməyi, telefonların nəzarətsiz qalamamasını, xidmətlərdən istifadə ilə əlaqədar əldə edilən şifrəni 3-cü şəxslərə bildirməməyi, şübhəli məzmunlu  müxtəlif oyun, yarışma və sairlərdən yararlanmamağı tövsiyə edir",-deyə məlumatda vurğulanır.