logo

Rəcəb Tayyib Ərdoğan Həsən Ruhani ilə telefonla danışdı

22:52 21-07-2021 | icon 3549
Rəcəb Tayyib Ərdoğan Həsən Ruhani ilə telefonla danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə telefonla danışıb.

 YeniAvropa Türkiyə Prezident Adminstrasiyasına istinadla xəbər verir ki, hər iki ölkənin lideri müsəlmanların Qurban bayramı münasibətilə qarşılıqlı olaraq bir-birilərini təbrik ediblər.

Prezidentlər həmçinin, ikitərəfli əlaqələrin və regional məsələləri müzakirə ediblər.

Prezident Ərdoğan bildirib ki, Ruhani ilə indiyədək davam edən yüksək səviyyəli əməkdaşlığı və dialoqu İranda prezident vəzifəsini öz üzərinə götürəcək yeni rəhbərliklə də davam etdirəcəklərinə inanır.