logo

Qubada oğul atasını avtomobillə vurub öldürdü

17:17 21-07-2021 | icon 4473
Qubada oğul atasını avtomobillə vurub öldürdü

Qubada bədbəxt hadisə nəticəsində oğlu atasını öldürüb.

 YeniAvropa xəbər verir ki, hadisə rayonun Paşaoba kəndində qeydə alınıb.

Kənd sakini 1976-cı il təvəllüdlü Habil Cəbrayılov idarə etdiyi "Ford" markalı yük avtomobilini geri sürərkən avtomobilin arxasında duran atası, 1940-cı il təvəllüdlü Ruzman Cəbrayılovu vurub.

Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılan R. Cəbrayılovu həkimlərin səylərinə baxmayaraq, həyatda saxlamaq mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.