logo

Milyarder Ceff Bezos kosmosa turist olaraq yollandı

17:11 20-07-2021 | icon 4291
Milyarder Ceff Bezos kosmosa turist olaraq yollandı

İyulun 20-də “Amazon” şirkətinin və “Blue Origin” aerokosmik kompaniyasının qurucusu, dünyanın ən varlı insanlarından biri olan Ceff Bezos və onunla yanaşı üç nəfər “New Shepard” gəmisi ilə kosmosa uçub. Gəmi Texas ştatının qərbindən start götürüb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, heyəti bütünlüklə mülki şəxslərdən ibarət pilotsuz kosmik uçuş tarixdə ilk dəfə həyata keçirilir. Bezosa qardaşı Mark, 82 yaşlı amerikalı aviator Wally Funk və "Somerset Capitals Partner" şirkətinin yüksək vəzifəli menecerinin 18 yaşındakı tələbə oğlu Olivier Deamen yoldaşlıq edirlər. Deamen kosmosa uçan ən gənc, Funk isə ən yaşlı insan olacaq.

Kosmik gəminin 106 kilometr yüksəkliyə qalxacağı gözlənilir.